...

Azərbaycan neftinin qiymətləri: 28 iyul - 1 avqust həftəsinin yekunları

Energetika Materials 2 Avqust 2014 14:28 (UTC +04:00)
Ötən həftə - 28 iyul - 1 avqust tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 107,69 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 1,35 faiz (yaxud bir barelə görə 1,47 dollar)azdır.
Azərbaycan neftinin qiymətləri: 28 iyul - 1 avqust həftəsinin yekunları

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir İlahə Məmmədli/

Ötən həftə - 28 iyul - 1 avqust tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 107,69 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 1,35 faiz (yaxud bir barelə görə 1,47 dollar) azdır.

Trend-in məlumatına görə, 28 iyul - 1 avqust həftəsində AZERI LT-nin qiyməti maksimum 108,85, minimum isə 105,55 dollar/barel təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazisində Azərbaycanın yüngül neftinin orta qiyməti 106,742 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 1,04 faiz (bir barelə görə 1,122 dollar) azdır.

Ötən həftə neftin qiyməti maksimum 107,91, minimum isə 104,59 dollar/barel təşkil edib.

28 iyul - 1 avqust həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 104,314 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,025 faiz (bir barelə görə 0,026 dollar) azdır.

Ötən həftə URALS-ın qiyməti maksimum 105,36, minimum isə 102,47 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

28 iyul - 1 avqust həftəsində "Brent Dated" növünün orta qiyməti 105,27 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən təqribən 0,78 faiz (bir barelə görə 0,83 dollar) azdır.

Ötən həftə "Brent"in maksimum qiyməti 106,54 dollar, minimum isə 103,04 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti