...

AYİB Azərbaycan bankı ilə birgə neft servis şirkətini maliyyələşdirib

Energetika Materials 2 Avqust 2014 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir İlahə Məmmədli/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "Unibank" ASC ilə birlikdə Azərbaycanın "Dalgidj LLC" neft servis şirkətinə fəaliyyətini genişləndirmək məqsədilə 10 milyon dollar məbləğində kredit verib.

Trend AYİB-in rəsmi saytına istinadən məlumat verir ki, kredit vəsaiti məsafədən idarə olunan yeni nəqliyyat vasitəsinin (ROV) və yeni mal anbarının tikintisinə yönəldiləcək.

"Dalgidj" özəl yerli şirkətdir. Şirkət dalğıc müayinəsi və sualtı texniki əməliyyatlar, Xəzər dənizində 60 metrə qədər dərinlikdə sualtı qaynaq və kəsmə, həmçinin 1000 metrə qədər dərinlikdə ROV əməliyyatları həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti