...

Azərbaycan neftinin qiymətləri: 4-8 avqust həftəsinin yekunları

Energetika Materials 9 Avqust 2014 15:12 (UTC +04:00)
Ötən həftə - 4-8 avqust tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 105,936 dollar/barel olub.
Azərbaycan neftinin qiymətləri: 4-8 avqust həftəsinin yekunları

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir İlahə Məmmədli/

Ötən həftə - 4-8 avqust tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 105,936 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 1,63 faiz (yaxud bir barelə görə 1,754 dollar) azdır.

Trend-in məlumatına görə, 4-8 avqust həftəsində AZERI LT-nin qiyməti maksimum 106,2, minimum isə 105,4 dollar/barel təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazisində Azərbaycanın yüngül neftinin orta qiyməti 104,994 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 1,64 faiz (bir barelə görə 1,748 dollar) azdır.

Ötən həftə neftin qiyməti maksimum 105,17, minimum isə 104,49 dollar/barel təşkil edib.

4-8 avqust həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 103,13 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,135 faiz (bir barelə görə 1,184 dollar) azdır.

Ötən həftə URALS-ın qiyməti maksimum 103,38, minimum isə 102,77 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

4-8 avqust həftəsində "Brent Dated" növünün orta qiyməti təqribən 103,334 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən təqribən 1,84 faiz (bir barelə görə 1,936 dollar) azdır.

Ötən həftə "Brent"in maksimum qiyməti 103,57 dollar, minimum isə 102,8 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti