...

"Səadan" yatağında yeni quyu qazılır

Energetika Materials 13 Avqust 2014 16:22 (UTC +04:00)
Kompleks Qazma İşləri Tresti tərəfindən “Səadan” yatağında 1804 nömrəli quyunun qazma işlərinə başlanılıb.
"Səadan" yatağında yeni quyu qazılır

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Kompleks Qazma İşləri Tresti tərəfindən "Səadan" yatağında 1804 nömrəli quyunun qazma işlərinə başlanılıb.

"Siyəzənneft" NQÇİ-nin sifarişi ilə Maykop Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1400 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 4 ton neft hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti