Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir Emil İsmayılov/
Bu günədək Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına dövlət vəsaitlərindən 100 milyon manatdan çox investisiya yatırılıb.
Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Caspian European Club-ın (CEIBC) təşkil etdiyi növbəti biznes forum çərçivəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Akim Bədəlov bildirib.
Onun sözlərinə görə, ölkədə Azərbaycan üçün bu yeni istiqamətin inkişafı məqsədilə əlverişli şərait yaradılıb.
A.Bədəlov əlavə edib ki, bu sahədə çalışan şirkətlər gömrük vergisi və rüsumlarından azad olunublar.