...

Azərbaycan İranın alternativ enerji sahəsindəki layihələrdə iştirak imkanını öyrənir

Energetika Materials 27 Sentyabr 2014 09:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir Emil İsmayılov/

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi İranda alternativ enerji sahəsindəki layihələrdə iştirak imkanını öyrənməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu Caspian European Club-ın (CEIBC) təşkil etdiyi növbəti biznes forum çərçivəsində agentliyin rəhbəri Akim Bədəlov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində İrana etdiyi səfəri zamanı bir sıra görüşlər keçirib:

"Biz İranda alternativ enerjinin inkişafı ilə tanış olduq. Bəzi layihələrin müzakirəsi aparıldı. Hazırda İrana orada aparılan işlərdə iştirak etmək üçün ekspert qrupumuzu göndərməyə hazırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti