...

Azərbaycan neftinin qiymətləri: 6-10 oktyabr həftəsinin yekunları

Energetika Materials 13 Oktyabr 2014 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Emil İsmayılov/

Ötən həftə - 6-10 oktyabr tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 92,78 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 0,27 dollar/barel azdır.

Trend-in məlumatına görə, 6-10 oktyabr həftəsində AZERI LT-nin qiyməti maksimum 93,25, minimum isə 91,67 dollar/barel təşkil edib.

6-10 oktyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 88 dollar/barel təşkil edib.

Ötən həftə URALS-ın qiyməti maksimum 88,7, minimum isə 86,65 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

6-10 oktyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 90,17 dollar/barel təşkil edib.

Ötən həftə "Brent"in maksimum qiyməti 90,64 dollar, minimum isə 88,81 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti