Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:30-da yayılıb)
Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir Emil İsmayılov/
"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsinin operatoru olan BP şirkəti "Mərkəzi Azəri" platformasının işini bərpa edib.
Şirkətdən Trend-ə verilən məlumata görə, platforma daha əvvəl planlı profilaktik təmirə dayandırılmışdı.
Şirkətdən deyiblər ki, bütün planlaşdırılan işlər yekunlaşdırılıb: "Platforma işinə artıq başlayıb və yaxın günlərdə tam gücü ilə işləyəcək".
Qeyd edək ki, "Mərkəzi Azəri" platforması oktyabrın 31-də planlı profilaktik işlərə görə dayandırılmışdı. Daha əvvəl verilən məlumata əsasən, platforma dekabrın 2-də tam gücü ilə işə düşməli idi.