...

Macarıstan Azərbaycan qazının Mərkəzi Avropaya ixrac olunacağına ümid edir

Energetika Materials 3 Dekabr 2014 13:00 (UTC +04:00)
Rusiyanın ”Cənubi axını” qaz kəmərini bağlaması ilə əlaqədar Macarıstan qaz tədarükünün alternativ mənbələrinin axtarışına başlaya bilər ki, həmin mənbələrdən biri Azərbaycan ola bilər.
Macarıstan Azərbaycan qazının Mərkəzi Avropaya ixrac olunacağına ümid edir

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir Aygün Bədəlova/

Rusiyanın "Cənubi axını" qaz kəmərini bağlaması ilə əlaqədar Macarıstan qaz tədarükünün alternativ mənbələrinin axtarışına başlaya bilər ki, həmin mənbələrdən biri Azərbaycan ola bilər. Trend xəbər verir ki, bu barədə "EUbusiness" Avropa informasiya xidməti Macarıstan xarici işlər naziri Peter Siyartoya istinadən məlumat yayıb.

Siyarto deyib: "Biz Macarıstana enerjidaşıyıcıların uzunmüddətli nəqlini təmin etmək üçün əlavə imkanlar axtarmalıyıq. Potensial variantlar sırasına Cənubi Qaz Dəhlizi ilə Azərbaycan qazının Mərkəzi Avropaya çatdırılması daxildir".

Onun sözlərinə görə, belə çatdırmalara variantlardan biri kimi baxılır.

Dekabrın 1-də Rusiya Prezidenti Vladimir Putin Türkiyədə danışıqların gedişində bildirdi ki, indiki şərtlərlə, həmçinin Avropa İttifaqının qeyri-konstruktiv mövqeyinə görə RF Avropa bazarına Rusiya qazının çatdırılmasını nəzərdə tutan "Cənub axını" layihəsinin reallaşdırılmasını davam etdirə bilmir. Daha sonra "Qazprom"un rəhbəri Aleksey Miller "Cənub axını" layihəsinin bağlandığını deyib.

"Cənub axını" Bolqarıstan, Serbiya, Sloveniya, İtaliya və Avstriya ilə yanaşı, Macarıstan ərazisindən də keçməli idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti