...

Ankara "Türk axını"nın tikintisi məsələsinə baxır

Energetika Materials 22 Dekabr 2014 12:03 (UTC +04:00)
Türkiyə “Türk axını” layihəsinin tikintisi barədə Rusiyanın təklifinə baxır. Bunu Türkiyənin təbii sərvətlər və energetika naziri Taner Yıldız bəyan edib.
Ankara "Türk axını"nın tikintisi məsələsinə baxır

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə "Türk axını" layihəsinin tikintisi barədə Rusiyanın təklifinə baxır. Bunu Türkiyənin təbii sərvətlər və energetika naziri Taner Yıldız bəyan edib. Bu barədə Trend bazar ertəsi "Hürriyyət" qəzetinə istinadən məlumat verib.

Nazirin sözlərinə görə, bu layihə Türkiyə üçün çox maraqlıdır.

Yıldız qeyd edib ki, Almaniya, Fransa və İtaliya layihənin tərəfdaşlarıdır, bununla əlaqədar Aİ-nin "Türk axını"na qarşı yönəlmiş siyasəti anlaşılmazlıq doğurur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti