...

Dünya Bankı neftin qiymətinə görə Azərbaycana yeni iqtisadi model təklif edir

Energetika Materials 9 Fevral 2015 19:10 (UTC +04:00)
Dünya Bankı neftin qiymətinin aşağı düşməsi şəraitində Azərbaycana yeni iqtisadi modeli hazırlamaqda yardım etməyə hazırdır.
Dünya Bankı neftin qiymətinə görə Azərbaycana yeni iqtisadi model təklif edir

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir Azad Həsənli/

Dünya Bankı neftin qiymətinin aşağı düşməsi şəraitində Azərbaycana yeni iqtisadi modeli hazırlamaqda yardım etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu bazar ertəsi bankın Bakı nümayəndəliyinin rəhbəri Larisa Leşenko "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda Bakıda keçirilən IV Vergi Forumunda deyib.

Onun sözlərinə görə, bu şəraitdə ölkə yeni proqramlar və iqtisadi model hazırlamalıdır: "Bu baxımdan Dünya Bankı Azərbaycana yardım etməyə hazırdır".

Nümayəndəliyin rəhbəri, həmçinin Azərbaycanda nağdsız ödənişlərin səviyyəsinin artırılmasına diqqət çəkib: "Hazırda Azərbaycanda şirkətlərin yalnız 65 faizinin bank hesabı var ki, bu da problemdir".

Müqayisə üçün, digər ölkələrdə bu göstərici 85-88 faiz təşkil edir.

Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması üçün zəruri tədbirlərin görülməli olduğunu vurğulayan L.Leşenko təəssüflə bildirib ki, ölkədə ödəniş kartlarının istifadəsi geniş yayılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti