...

"Günəşli"dəki daha bir quyu əsaslı təmirdən sonra istismara verildi

Energetika Materials 11 Fevral 2015 17:13 (UTC +04:00)
“Günəşli” yatağındakı 81 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
"Günəşli"dəki daha bir quyu əsaslı təmirdən sonra istismara verildi

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Bu günlərdə "Günəşli" yatağındakı 3-cü dərin dəniz özülündən 81 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, quyu Balaxanı Lay Dəstəsinin IX horizontundan, 2865-2820 metr intervaldan gündəlik 35 ton neft hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti