...

"Qurtuluş" qurğusu yeni PSA müqaviləsi üzrə işə salına bilər

Energetika Materials 11 May 2015 13:30 (UTC +04:00)
"Qurtuluş" Xəzər dənizinin Türkmənistan sektorunda icarədədir və orada qazma işləri həyata keçirir.
"Qurtuluş" qurğusu yeni PSA müqaviləsi üzrə işə salına bilər

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir Maksim Tsurkov/

"Qurtuluş" özüqalxan qazma qurğusu Xəzərin Azərbaycan sektorunda, Abşeron yarımadasının ətrafında dənizin dayazsulu hissəsindəki potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Böyük Britaniyanın BP şirkəti arasında bağlanmış PSA müqaviləsi üzrə işlər çərçivəsində işə salına bilər. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

O, qeyd edib ki, "Qurtuluş" qurğusu dənizin 10-105 metr dərinliyində qazma işləri aparmaq üçün nəzərdə tutulub və dayazsulu sahələrdəki işlər çərçivəsində də istifadə edilə bilər.

Mənbə əlavə edib ki, PSA tipli müqavilədə belə qurğunun işə salınması ehtimalı ilə bağlı bənd varsa, BP "Qurtuluş"un istifadəsi ilə bağlı razılığa gələ bilər və belə olduğu təqdirdə, o, Azərbaycana nəql ediləcək.

O, həmçinin məlumat verib ki, hazırda "Qurtuluş" Xəzər dənizinin Türkmənistan sektorunda icarədədir və orada qazma işləri həyata keçirir.

PSA tipli müqavilə 2014-cü ilin dekabrında imzalanıb və üç mərhələdən ibarət olacaq: ilkin kəşfiyyat, əsas kəşfiyyat, hasilat.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti