...

SOCAR kimya sənayesi üzrə 12 mindən çox iş yeri açacaq

Energetika Materials 8 May 2015 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda kimya sənayesi sahəsində zavodların tikintisi üzrə reallaşdırdığı layihələr Azərbaycanda 12 mindən çox iş yerinin açılmasına imkan verəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə əsasən, SOCAR kadr siyasətinə, gənc kadrların yetişdirilməsi, yeni iş yerlərinin açılması məsələlərinə böyük diqqət ayırır: "Müasir standartlar əsasında gənc kadrların hazırlanması üzrə işlər aparılır".

R.Abdullayev qeyd edib ki, karbamid zavodunun tikintisi artıq başlayıb: "Zavodun fəaliyyətinin pik dövründə orada 7 mindən çox işçi çalışacaq. "SOCAR Polymer" layihəsinin reallaşdırılması hesabına daha 5 minə yaxın iş yeri açılacaq. "SOCAR Polymer" çərçivəsində iki zavod - polietilen və polipropilen - inşa edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti