...

"Günəşli"də quyu əsaslı təmirdən sonra istismara verildi

Energetika Materials 14 May 2015 00:13 (UTC +04:00)
“Günəşli” yatağındakı 10 nömrəli stasionar dəniz özülündən 143 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
"Günəşli"də quyu əsaslı təmirdən sonra istismara verildi

Azərbaycan, Bakı, 14 may /Trend/

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 10 nömrəli stasionar dəniz özülündən 143 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, quyu Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 2909-2892 metr intervaldan gündəlik 45 ton neft və 55 000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti