...

İtaliya TAP qaz xəttinin inşasının başlanma tarixini təsdiq edib

Energetika Materials 21 May 2015 10:38 (UTC +04:00)
İtaliyanın İqtisadi İnkişaf naziri Federika Quidi Transadriatik qaz xəttinin (TAP) inşasının başlanmasına icazə verən sərəncam imzalayıb.
İtaliya TAP qaz xəttinin inşasının başlanma tarixini təsdiq edib

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir Maksim Tsurkov/

İtaliyanın İqtisadi İnkişaf naziri Federika Quidi Transadriatik qaz xəttinin (TAP) inşasının başlanmasına icazə verən sərəncam imzalayıb.

Trend-in məlumatına görə, bu barədə İtaliyanın İqtisadi İnkişaf Nazirliyindən verilən xəbərdə deyilir.

Məlumatda deyilir ki, Azərbaycan qazını Avropaya çatdıracaq TAP-ın reallaşdırılması məsələsində nazirin sərəncamı sonuncu addımdır: "Bu sərəncam boru xəttinin inşasına və istismarına icazə verir, layihəni və torpaq sahələrinin zəbt edilmə məsələsi də daxil olmaqla, infrastrukturun təcili yaradılmasını təsdiqləyir. Boru xəttinin tikintisi 2016-cı il mayın 16-da başlayacaq və 2020-ci il dekabrın 31-də başa çatmalıdır. Layihə İtaliya üçün strateji cəhətdən əhəmiyyətlidir və enerji resurslarının təchizatının diversifikasiya edilməsinə imkan yaradacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti