...

AYİB "Şahdəniz-2" layihəsində "Lukoyl"un payının maliyyələşdirilməsi məsələsini nəzərdən keçirir

Energetika Materials 22 May 2015 14:13 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi layihəsində “Lukoil” şirkətinin iştirakının maliyyələşdirilməsini nəzərdən keçirir.
AYİB "Şahdəniz-2" layihəsində "Lukoyl"un payının maliyyələşdirilməsi məsələsini nəzərdən keçirir

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Şahdəniz Mərhələ 2 layihəsində Lukoil Şahdəniz şirkətinin iştirakının maliyyələşdirilməsini nəzərdən keçirir. Bu layihə üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədləri hazırlanmış və BP, AYİB və Lukoil Overseas (BP.com, EBRD.com və lukoil-overseas.com) saytlarında internet vasitəsilə əldə edilə bilər. Bundan əlavə, ƏMSSTQ sənədləri ilə Lukoil Şahdəniz Bakı ofisində və AYİB Bakı Nümayəndəliyində aşağıdakı ünvanlarda tanış olmaq olar:

LUKOIL Overseas Shah Deniz Ltd.

Zeynalabdin Tağıyev küç, 13.

3-cü mərtəbə

Bakı AZ1005, Azərbaycan

Tel: +994 12 4974156

AYİB Bakı Nümayəndəliyi

Nizami küç, 90A
Landmark III,
3-cü mərtəbə
Bakı AZ1010

Azərbaycan

Tel: +994 12 497 1014

Nəzərə alın ki, sənədlərə tanişliq yalnız Lukoil Şahdəniz şirkətinin AYİB tərəfindən maliyyələşdirilməsi imkanları ilə əlaqədar təşkil olunur və layihənin texniki operatoru olan BP-nin layihə üzrə hər hansı bir qərarı və ya fəaliyyəti ilə bağlı deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti