Azərbaycan, Bakı, 3 iyul /Trend/
2015-ci ilin iyun ayı ərzində SOCAR (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 9518 metr qazma işi həyata keçirib.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, görülmüş işlərin hamısı istismara aid olub.
Ümumiyyətlə, 2015-ci ilin yanvar-iyun aylarında SOCAR üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 53 436 metr qazma işi görülüb ki, bunun da 52 436 metri istismara, 1000 metri isə kəşfiyyata aid olub.
Qeyd edək ki, ilin əvvəlindən qazmadan alınmış 35 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.