...

Bəhramtəpədə ilk dəfə

Energetika Materials 13 İyul 2015 15:43 (UTC +04:00)
Sabirabad və İmişli rayonularının kəndlərinə təbii qaz verilib.
Bəhramtəpədə ilk dəfə

Azərbaycan, Bakı, 13 iyul /Trend/

Sabirabad rayonunun Azadkənd və Qəfərli kəndlərinə, eləcə də İmişli rayonunun Bəhramtəpə kəndinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, açılış mərasimlərində rayon İcra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, Sabirabad rayonunun 380 abonenti olan Azadkənd kəndinə yenidən təbii qaz verilib, bunun üçün birpilləli sistem əsasında ümumi uzunluğu 4640 metr polietilen və 34 666 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 380 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Rayonun 115 abonenti olan Qəfərli kəndinin qazlaşdırılması üçün uzunluğu 11 679 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

İmişli rayonunun Bəhramtəpə kəndinə isə ilk dəfə olaraq təbii qaz verilib. Bəhramtəpə kəndinin 927 abonentinin qazlaşdırılması üçün 3267 metrlik polietilen və 50 778 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 927 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri kəndlərin "mavi yanacaq"la təmin olunmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti