Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir Azad Həsənli/
2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 1,75 milyon ton dizel yanacağı istehsal olunub ki, bu da 2014-cü ilin analoji dövründəki göstəricidən 13,1 faiz çoxdur.
Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yanvar-iyul aylarının yekunları üzrə hesabatında deyilir.
Hazırda Azərbaycanda yanacağa olan tələbatın artması ilə əlaqədar ölkədə neft məhsullarının yeganə istehsalçısı SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mövcud emal zavodlarının modernləşdirilməsi üzrə işlər aparır.
Ümumilikdə, bu ilin yanvar-iyul aylarında Azərbaycanda təqribən 3,67 milyon ton neft məhsulları istehsal olunub. 2014-cü ilin analoji dövründə bu rəqəm 2,7 milyon tondan çox olub.
Azərbaycanda neft məhsullarının istehsalının ümumi cədvəli:
Neft məhsullarının istehsalı |
2015-ci ilin yanvar-iyul ayları (tonla) |
2014-cü ilin yanvar-iyuluna nisbətdə (faizlə) |
Avtomobil benzini |
675,9 |
98,8 |
Nafta |
116,2 |
114,4 |
Kerosin |
392,3 |
101,3 |
Dizel yanacağı |
1 752,3 |
113,1 |
Qazoyl |
556,7 |
198,9 |
Mazut |
68,5 |
44,6 |
Sürtkü yağı |
13,8 |
51,3 |
Neft bitumu |
93,7 |
62,6 |