...

Azərbaycan hakimiyyəti Xəzər dənizi akvatoriyasında külək parkının tikilməsi layihəsinə baxır

Energetika Materials 31 Oktyabr 2015 23:23 (UTC +04:00)
Xəzər dənizinin akvatoriyasında külək parkının tikilməsi ilə bağlı layihə Azərbaycan hakimiyyətinə baxılmaya verilib.
Azərbaycan hakimiyyəti Xəzər dənizi akvatoriyasında külək parkının tikilməsi layihəsinə baxır

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Xəzər dənizinin akvatoriyasında külək parkının tikilməsi ilə bağlı layihə Azərbaycan hakimiyyətinə baxılmaya verilib.

Bu barədə Trend-ə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliynin direktor müavini Cəmil Məlikov deyib.

Onun sözlərinə görə, hal-hazırda layihəyə bir neçə nazirlikdə baxılır.

"Layihə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Energetika Nazirliyi artıq müsbət rəy verib. Bu bizə dayanmamağa və layihə üzrə işimizi davam etdirməyə imkan verir", - deyə Məlikov bildirib.

Layihə 450-500 milyon manat civarında dəyərləndirilir. Onun özünü ödəmə müddəti 10 ildir. Vəsaitlər ixrac kreditləri ilə cəlb olunacaq: "Almaniya, Çin və ərəb ölkələrindən investorlar artıq layihəyə maraq göstərir", - deyə direktor bildirib.

Qeyd edək ki, Azərbaycanın enerji sisteminin gücü hal-hazırda 7,2 min meqavatt təşkil edir, alternativ və bərpa olunan enerjinin ümumi potensialı isə 12 min meqavatt.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti