...

BP Azərbaycan laуihələrində yerli kadrların sayını artıracaq

Energetika Materials 10 Noyabr 2015 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanda Böyük Britaniyanın BP şirkətinin tərkibində işləyən yerli əməkdaşların sayı 87 faizə çatıb.

Trend-in məlumatına görə, bunu BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrel Qobustan Regional Təlim Mərkəzinin məzunlarına sertifikatların təqdim edilməsi mərasimində deyib.

Onun sözlərinə görə, şirkətdə 2900-dan çox Azərbaycan vətəndaşı işləyir ki, bu da ölkədə BP-nin ixtisaslı heyətinin 87 faizindən çoxunu təşkil edir, onlardan bəziləri isə şirkətdə yüksək vəzifələr tuturlar: "Biz bu göstəricini 2018-ci ilə 90 faizədək çatdırmaq niyyətindəyik. Azərbaycanda "Şahdəniz-2" layihəsi çərçivəsində 15 mindən çox iş yeri açılıb".

Azərbaycan və BP Qobustan Regional Təlim Mərkəzində yerli işçi qüvvəsinə təhsil verilməsi sahəsində əməkdaşlıq haqqında saziş, eləcə də işə və vəzifəyə razıladırılmış qəbul prosesi üzrə anlaşma memorandumu imzalayıblar.

Birinci sənədə əsasən, BP Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrində yaşayan yüzlərlə Azərbaycanın gənc vətəndaşına təhsil evrməyi üzərinə götürür. Memorandum isə SOCAR və BP-yə ehtiyac duyulan ixtisaslar üzrə milli kadrların bazasını yaratmaq və bu bazanın resurslarından rasional istifadə etmək imkanı verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti