...

BP Azərbaycanda əlavə neft axtarışına başlayacaq

Energetika Materials 10 Noyabr 2015 15:32 (UTC +04:00)
BP şirkəti gələn ilin fevral-mart aylarında Xəzərin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu hissədə yerləşmiş potensial perspektiv strukturlarında seysmik tədqiqatlara başlamağı planlaşdırır.
BP Azərbaycanda əlavə neft axtarışına başlayacaq

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir Maksim Tsurkov/

BP şirkəti gələn ilin fevral-mart aylarında Xəzərin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu hissədə yerləşmiş potensial perspektiv strukturlarında seysmik tədqiqatlara başlamağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrel jurnalistlərə deyib: "Biz bu layihə üzrə SOCAR-la saziş imzalamaqdan çox mənunuq və hesab edirəm ki, bu çərçivədə uzunmüddətli əməkdaşlıq üçün böyük imkanlar var. Biz artıq hazırlıq işləri aparırıq".

Qeyd edək ki, Abşeron yarımadasının dayaz sulu hissəsində işlənmənin və geoloji kəşfiyyat işlərinin aparılması üzrə SOCAR və BP arasında imzalanmış PSA sazişin əhatə etdiyi ərazi Abşeronun cənub hissəsi boyu uzanır və təqribən 1,9 min kvadratmetr kilometr sahəni tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti