...

Azərbaycanda karbamid zavodunun dəyərinə və tikinti müddətinə yenidən baxılıb

Energetika Materials 12 Aprel 2016 13:54 (UTC +04:00)
Koreyanın "EXIM Bank"ının nümayəndələri karbamid zavodunun tikintisi üçün SOCAR-a uzunmüddətli kredit ayrılmasını müzakirə etmək məqsədilə iki həftə ərzində Azərbaycana gələcəklər.
Azərbaycanda karbamid zavodunun dəyərinə və tikinti müddətinə yenidən baxılıb

Bakı. Azad Həsənli - Trend:

Koreyanın "EXIM Bank"ının nümayəndələri karbamid zavodunun tikintisi üçün SOCAR-a uzunmüddətli kredit ayrılmasını müzakirə etmək məqsədilə iki həftə ərzində Azərbaycana gələcəklər. Trend-in məlumatına görə, bunu jurnalistlərə zavodun direktoru Xəyal Cəfərov deyib.

O, qeyd edib: "Biz (Dövlət Neft Şirkəti - red.) kredit üçün dövlət təminatını almaq məqsədilə hökumətə müraciət etdik. Danışıqlar prosesi 3-4 ay vaxt aparacaq".

X.Cəfərov bildirib ki, karbamid zavodunun tikintisi layihəsinin ümumi dəyəri artıq layihə üçün cəlb edilmiş 150 milyon avro, vergilər, eləcə də kənar infrastruktur layihələri nəzərə alınmaqla 910-920 milyon avro təşkil edəcək. Bura vergilərin ödənişi üçün 200 milyon avro da daxildir.

O, əlavə edib ki, üçüncü rübün sonu, dördüncü rübün əvvəlinə zavodun tikintisi başa çatacaq: "Zavodun xarici infrastrukturun yaradılması nəzərə alınmaqla 2018-ci ilin əvvəlinə istismara verilməsi planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti