Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:39-da yayılıb)
Bakı. Azad Həsənli - Trend:
SOCAR-ın tikilməkdə olan karbamid zavodu istismara verildikdən 7-8 il sonra mənfəət əldə etməyə başlayacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə zavodun direktoru Xəyal Cəfərov deyib.
Onun sözlərinə görə, zavodun istehsal gücü sutkada təqribən 2 min ton karbamid və ya ildə təqribən 650-660 min ton karbamid təşkil edəcək: "Azərbacanın karbamidə tələbatı ildə təqribən 150-200 min ton təşkil edir və bu ən nikbun göstəricilərdir. Qalan məhsulumuzun təqribən üçdə ikisini ixrac edəcəyik".
X.Cəfərov qeyd edib ki, karbamidin tədarük ediləcəyi zavodun əsas bazarı Türkiyə olacaq.