...

Daha bir kənd ilk dəfə qaz gördü

Energetika Materials 7 İyun 2016 22:07 (UTC +04:00)
İyunun 7-də İmişli rayonunun Sarıxanlı kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
Daha bir kənd ilk dəfə qaz gördü

Bakı. Trend:

İyunun 7-də İmişli rayonunun Sarıxanlı kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, mərasimdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 1212 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 78 162 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Sakinlər kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti