...

Daha bir kəndin qaz problemi həll olundu

Energetika Materials 22 İyun 2016 14:44
Beyləqanın Qaradağlı kəndinə ilk dəfə təbii qaz verilmişdir
Daha bir kəndin qaz problemi həll olundu

Trend-i buradan izləyin

Bakı. Trend:

İyunun 22-də Beyləqan rayonunun Qaradağlı kəndinə ilk dəfə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 166 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 18 192 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti