Bakı. Vaqif Şərifov - Trend:
"Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi çərçivəsində ilk Azərbaycan qazının 2018-ci ildən tədarükünə hazırlıq 77 faiz başa çatıb.
Trend-in məlumatına görə, bunu jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel deyib.
Onun sözlərinə görə, qaz 2018-ci ildə Türkiyəyə TANAP üzrə tədarük ediləcək, Avropaya isə 2020-ci ilə (TAP üzrə) nəql ediləcək.