...

Azərbaycanda karbamid zavodunun tikinti dəyəri azalıb (YENİLƏNİB)

Energetika Materials 14 Sentyabr 2016 14:35 (UTC +04:00)
Daha əvvəl zavodun dəyəri 900-920 milyon avro qiymətləndirilirdi.
Azərbaycanda karbamid zavodunun tikinti dəyəri azalıb (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:32-də yayılıb)

Sumqayıt. Maksim Tsurkov - Trend:

SOCAR-ın Sumqayıtdakı karbamid zavodunun tikinti layihəsinin dəyərini xərclərin optimallaşdırılması hesabına 700-750 milyon avroyadək azaltmaq mümkün olub.

Trend-in məlumatına görə, bunu jurnalistlərə zavodun direktoru Xəyal Cəfərov deyib.

Daha əvvəl zavodun dəyəri 900-920 milyon avro qiymətləndirilirdi.

Onun sözlərinə görə, hazırda vergilər də daxil olmaqla zavodun tikinti dəyəri 700-750 milyon avro qiymətləndirilir: "Bu, zavodda istehsala başlamaq üçün zəruri olan investisiya məbləğidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti