...

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

Energetika Materials 28 Fevral 2017 07:52 (UTC +04:00)
Azərbaycan 2016-cı ildə Türkiyəyə 6,48 milyard kubmetr qaz ixrac edib
Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan 2016-cı ildə Türkiyəyə 6,48 milyard kubmetr qaz ixrac edib.

Trend bildirir ki, 2015-ci ildə bu göstərici 6,17 milyard kubmetrə bərabər olub.

Məlumata görə, Türkiyə ötən il ərzində ümumilikdə 46,35 milyard kubmetr qaz idxal edib.

Azərbaycanın Türkiyənin qaz idxalında payı 13,98 faiz təşkil edib.

Qeyd edək ki, Türkiyə Azərbaycandan təbii qazı Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə idxal edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti