...

Karbamid zavodunun işə başlayacağı tarix açıqlanıb

Energetika Materials 1 İyun 2017 21:19 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin karbamid zavodunun tikintisi üzrə işlərin 95 faizi başa çatıb
Karbamid zavodunun işə başlayacağı tarix açıqlanıb

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin karbamid zavodunun tikintisi üzrə işlərin 95 faizi başa çatıb. Trend-in məlumatına görə, bunu zavodun direktoru Xəyal Cəfərov deyib.

Onun sözlərinə görə, bütün işlərin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.

X.Cəfərov qeyd edib ki, istehsalat 2018-ci ilin birinci yarısında başlayacaq.

Qeyd edək ki, zavod il ərzində 650-660 min ton karbamid istehsal edəcək. Bu məhsulun 25 faizə yaxını daxili bazara, qalan hissəsi ixracata yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti