...

Azərbaycan neftinin SON QİYMƏTİ - Cüzi bahalaşıb

Energetika Materials 29 İyun 2017 23:20 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 28-də 47,97 dollar/barel təşkil edib
Azərbaycan neftinin SON QİYMƏTİ - Cüzi bahalaşıb

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 28-də 47,97 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,17 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 28-də 47,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,18 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 28-də 45,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,38 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 28-də 46,47 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,29 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti