...

Azərbaycan neftinin SON QİYMƏTİ - Yenə cüzi ucuzlaşıb

Energetika Materials 12 İyul 2017 23:20 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 11-də 47,4 dollar/barel təşkil edib
Azərbaycan neftinin SON QİYMƏTİ - Yenə cüzi ucuzlaşıb

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 11-də 47,4 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,19 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 11-də 46,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,21 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 11-də 45,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,19 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 11-də 46,53 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,25 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti