...

Menecer: TAP-ın dənizdən keçən hissəsinin tikintisi 2018-ci ildə başlayacaq

Energetika Materials 8 Avqust 2017 13:32 (UTC +04:00)
Transadriatik boru kəmərinin (TAP) dənizdən keçən hissəsinin tikintisinin 2018-ci ildən başlaması planlaşdırılır
Menecer: TAP-ın dənizdən keçən hissəsinin tikintisi 2018-ci ildə başlayacaq

Bakı. Maksim Tsurkov - Trend:

Transadriatik boru kəmərinin (TAP) dənizdən keçən hissəsinin tikintisinin 2018-ci ildən başlaması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu TAP konsorsiumunun Albaniya üzrə meneceri Şkelqima Bozqo deyib.

Onun sözlərinə görə, Albaniya ərazisində boru kəmərinin tikintisinin 50 faizə yaxını başa çatıb: “TAP-ın Albaniyada tikintisinə qoyulan investisiyaların ümumi həcmi 1,5 milyard avro təşkil edəcək. 2017 və 2018-ci illər layihənin reallaşdırılması üzrə ən intensiv dövr olacaq. Bu iki il ərzində layihəyə qoyulan investisiya 600 milyon dollara bərabər olacaq”.

O qeyd edib ki, 2019-cu ildə boru kəmərinin sınağının keçirilməsi və daha sonra istismara verilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti