...

Albayrak: "Azəri-Çıraq-Günəşli" neft yataqları bloku üzrə yeni saziş XXI əsrin kontraktı olacaq (YENİLƏNİB)

Energetika Materials 14 Sentyabr 2017 10:55 (UTC +04:00)
Azərbaycanın Xəzər sektorunda "Azəri-Çıraq-Günəşli" neft yataqları blokunun 2050-ci ilə qədər işlənməsini nəzərdə tutan yeni saziş XXI əsrin kontraktı olacaq.
Albayrak: "Azəri-Çıraq-Günəşli" neft yataqları bloku üzrə yeni saziş XXI əsrin kontraktı olacaq (YENİLƏNİB)

İlk xəbər saat 10:35-də yayımlanıb

Bakı. Trend:

Azərbaycanın Xəzər sektorunda "Azəri-Çıraq-Günəşli" neft yataqları blokunun 2050-ci ilə qədər işlənməsini nəzərdə tutan yeni saziş XXI əsrin kontraktı olacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması mərasimində deyib.

Türkiyəli nazir deyib: "Azərbaycan Türkiyə, eləcə də bütün dünya üçün ən etibarlı təbii qaz mənbəyidir".

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə tərəfindən həyata keçirilən TANAP layihəsi həm Türkiyə, həm də bütün Avropa üçün strateji əhəmiyyət kəsb edir.

Türkiyəli nazir qeyd edib ki, Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığı bütün dünya üçün gözəl örnəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti