Bakı. Ləman Zeynalova - Trend:
Rusiyanın "Lukoyl" şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Rusiya neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəqlinin davam etdirilməsi üzrə danışıqlar aparır.
Trend-in məlumatına görə, bunu "Litasko" ("Lukoyl"un 100 faizlik törəmə müəssisəsi) şirkətinin ticarət üzrə direktoru Aleksey Dzyuba Bakıda keçirilən Beynəlxalq Neft Sammitində çıxışı zamanı deyib.
O qeyd edib: "Danışıqlar davam edir. Bu istiqamətdə SOCAR ilə işləyirik".