...

Karbamid zavodunun tikintisində işlər 98 faizdən artıq başa çatıb

Energetika Materials 29 Noyabr 2017 13:04 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) karbamid zavodunun tikintisi üzrə işlər 98,4 faiz başa çatıb.
Karbamid zavodunun tikintisində işlər 98 faizdən artıq başa çatıb

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) karbamid zavodunun tikintisi üzrə işlər 98,4 faiz başa çatıb.

Trend-in məlumatına görə, bunu zavodun direktoru Xəyal Cəfərov Bakıda “Xəzər və Mərkəzi Asiyada neft emalı və neft-kimya” konfransında deyib.

Onun sözlərinə görə, injinirinq işləri və avadanlıq satın alması 100 faiz, tikinti işləri 94,7 faiz, mülki işlər 99,8 faiz, avadanlığın montajı 91,7 faiz icra olunub: “Zavodun tikinti işləri üzrə bütün mexaniki işlərin bu ilin dekabrında başa çatdırmaq planlaşdırılır. İstehsalat 2018-ci ilin birinci yarısında başlayacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti