...

SOCAR və Britaniya şirkəti birgə müəssisə yaradıblar (FOTO)

Energetika Materials 5 Dekabr 2017 10:53 (UTC +04:00)
SOCAR və "Petrofac" neft-servis şirkəti "SOCAR Petrofac" birgə müəssisəsinin yaradılması haqqında müqavilə imzalayıblar.
SOCAR və Britaniya şirkəti birgə müəssisə yaradıblar (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Britaniyanın "Petrofac" neft-servis şirkəti "SOCAR Petrofac" birgə müəssisəsinin yaradılması haqqında müqavilə imzalayıblar.

Trend-in məlumatına görə, birgə müəssisə beynəlxalq energetika layihələrində çalışan işçilər üçün müasir proqramlar əsasında daha təkmilləşdirilmiş təlim və treninqlərin keçirilməsi üzrə xidmətlər göstərəcək.

Müqaviləyə uyğun olaraq, yeni müəssisədə SOCAR 51, "Petrofac" isə 49 faiz paya sahib olacaq.

Sənədi SOCAR prezidenti Rövnəq Abdullayev və "Petrofac"ın beynəlxalq mühəndislik və istehsalat treninqləri sahəsində xidmətlər üzrə rəhbəri Kərim Osseyran imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti