...

Komissar: Cənub Qaz Dəhlizi Aİ-nin şaxələndirmə səylərində vacib layihə rolunu oynayır

Energetika Materials 16 Aprel 2018 18:28 (UTC +04:00)

Bakı. Trend:

Cənub Qaz Dəhlizi Aİ-nin şaxələndirmə səylərində vacib layihə rolunu oynayır.

Trend-in məlumatına görə, bunu Brüssel şəhərində 4-cü Avropa İttifaqı (Aİ) Enerji Sammitində Avropa Komissiyasının iqlim dəyişikliyi və enerji komissarı Miqel Ariyes Kanyete deyib.

M.A.Kanyete çıxışında daha təmiz və davamlı enerjiyə keçidin zəruri olduğunu, bununla belə Aİ qonşuluğunda baş verən geosiyasi qeyri-müəyyənliklərin bu prosesi sürətləndirməli olduğunu bildirib. Bununla belə qeyd edilib ki, Aİ daxilində üzvi mənşəli yanacaq istehsalı və istehlakının azalması heç də həmin yanacağın idxalının azaldılması sürəti ilə eyni olmayacaqdır. Belə ki, 2016-cı ildə Aİ enerji istehlakının 72%-ni neft, qaz və kömür hesabına təmin edib. Həmin ildə istehlak olunan neftin 88%, təbii qazın isə 40% idxal hesabına ödənilib. İdxal olunan təbii qazın 42% Rusiya, 34% Norveç, 13% mayeləşdirilmiş təbii qaz (LNG) formasında, 11% Əlcəzair və Liviyadan təmin edilib.

Komissar bildirib ki, əgər orta və uzunmüddətli perspektivdə əsas hədəf Aİ-nin enerji istehlakını hidrokarbon resurslarının idxalından asılılığından azad etməkdirsə qısamüddətli perspektiv üçün əsas məqsəd idxalın şaxələndirilmiş təchizatçılardan təmin edilməsidir. Onun sözlərinə görə artıq Şimal-Cənub (Polşanın Baltik dənizi sahillərindən LNG və sıxılmış təbii qazın (CNG) Qara və Egey dənizi ölkələrinə nəqlini nəzərdə tutur) və Şərq qaz dəhlizləri (Rusiya) işləyir və hazırda Xəzər dənizi regionundan birbaşa Avropaya qazın gətirilməsi başlıca prioritet olaraq qalır. İlk qazın bu yay Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatması bu işə cəlb olunmuş hər kəsin uğurunun ölçüsü olacaq.

Sammitdə Bolqarıstanın enerji nazirinin müavini Jeço Stankov, Avropa Parlameninin Sənaye, Tədqiqatlar və Enerji Komitəsinin sədri Yerji Buzek də çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti