Bakı. Maksim Tsurkov - Trend:
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda bitum qurğusunun 2018-ci ilin sentyabr ayında istifadəyə verilməsi planlaşdırılır.
Trend-in məlumatına görə, bunu “Downstream Xəzər və Mərkəzi Asiya – ticarət, logistika, neft emalı və neft-kimya” 3-cü Beynəlxalq forumu zamanı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müşaviri Teymur Əliyev deyib.
T.Əliyev qeyd edib ki, layihələndirmə mərhələləri və satınalmalar yekunlaşıb:
“Tikinti işləri 76 faiz başa çatıb”.
Qeyd edək ki, daha əvvəl bitum qurğusunun bu ilin iyununda istifadəyə veriləcəyi gözlənilirdi. Layihənin dəyəri 50 milyon avroya yaxın qiymətləndirilir.