Bakı. Maksim Tsurkov - Trend:
Transanadolu boru kəmərinin (TANAP) istismara verilməsi mərasimi iyunun 12-də keçiriləcək.
Trend-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak deyib.
Bundan əvvəl mərasimin iyunun 19-da keçiriləcəyi bildirilirdi.
Qeyd edək ki, 2015-ci ildə təməli qoyulan TANAP-ın tikintisi üzrə işlərin 93%-dən çoxu tamamlanıb. Hazırda bütün işlər ilkin qrafikə uyğun şəkildə davam etdirilir. Əvvəlcədən planlaşdırıldığı kimi, cari ildə ilk qaz TANAP vasitəsilə Türkiyəyə ixrac olunacaq. 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 milyard kubmetrədək artırıla bilər.