Bakı. Azad Həsənli - Trend:
Digər ölkələr "Şimal-Cənub" enerji dəhlizi layihəsinə qoşula bilərlər.
Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika nazirinin müavini Samir Vəliyev Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən "Sənaye və energetika: ikitərəfli əməkdaşlıq perspektivləri" mövzusunda "dəyirmi masa"da çıxışı zamanı deyib.
O qeyd edib: "Biz hesab edirik ki, Rusiya ilə əməkdaşlığın gücləndirilməsi üçün yeni elektrik ötürücü xətlərin tikintisi yaxşı olardı. İndi bu istiqamətdə danışıqlar aparılır. Bu layihə "Şimal-Cənub" yeni enerji dəhlizinin yaradılmasına xidmət edəcək".
S.Vəliyev xatırladıb ki, Azərbaycan, Rusiya və İranın nazir müavinləri bu məsələnin müzakirəsi üçün görüşüblər və müvafiq protokol imzalanıb.
Nazir müavini bunun çox perspektiv istiqamət olduğunu bildirib.