...

Azərbaycanda alternativ enerji istehsalı artırılacaq

Energetika Materials 30 Oktyabr 2018 13:37 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda yaxın illərdə bərpa olunan enerji mənbələri ilə işləyən və ümumi gücü 420 meqavat olan elektrik stansiyalarının tikintisi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu energetika nazirinin müavini Samir Vəliyev deyib.

O bildirib ki, bu işlə əlaqədar yeni qanun və qanunvericilik aktlarının hazırlanmasına başlanılıb.

Nazir müavini əlavə edib ki, qanun layihəsinin hazırlanması altı ay ərzində başa çatacaq.

S.Vəliyevin sözlərinə görə, ölkədə alternativ enerjinin inkişafı üçün əlverişli iqlim mövcuddur.

Nazir müavini əlavə edib ki, hazırda xarici investorlarla danışıqlar aparılır. Bu şirkətlə arasında Çin, BƏƏ, ABŞ və Avropa İttifaqından şirkətlər var.

Onun sözlərinə görə, Azərbaycanda hazırda həm külək, həm də su və günəş elektrik stansiyaları fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti