Bakı. Sara İsrafilbəyova - Trend:
"SOCAR karbamid" zavodu bu ilin mayında gübrə ixracına başlayacaq.
Trend-in məlumatına görə, bunu zavodun direktoru Xəyal Cəfərov “Argus Mineral gübrələr 2019. Xəzər-Qara dəniz regionunda istehsalat və logistika” beynəlxalq konfransında deyib.
Direktor qeyd edib ki, "Samsung Engineering Co., Ltd." şirkəti zavodu may ayında tam inşa edib təhvil verəcək.
X.Cəfərovun sözlərinə görə, ildə 500 min ton karbamid ixrac olunacaq və əsas məhsul Türkiyəyə tədarük olunacaq.
O qeyd edib ki, bununla yanaşı, Qara və Aralıq dənizi ölkələri bazarlarına da çıxmaq planlaşdırılır.
Zavod direktoru əlavə edib ki, karbamid zavodunun dəyəri 780 milyon dollar təşkil edir.