...

Rövnəq Abdullayev “LUKOIL” prezidenti ilə görüşüb (FOTO)

Energetika Materials 18 Mart 2019 18:27 (UTC +04:00)
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Rusiyanın “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərovla görüşüb.
Rövnəq Abdullayev “LUKOIL” prezidenti ilə görüşüb (FOTO)

Bakı. Trend:

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Rusiyanın “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərovla görüşüb.

SOCAR-dan Trend-ə verilən məlumata görə, görüşdə “LUKOIL” şirkəti ilə SOCAR arasında olan uzunmüddətli əlaqələrdən söhbət açılıb, Azərbaycanda həyata keçirilən layihələrdə “LUKOİL” iştirakı yüksək qiymətləndirilib.

V.Ələkbərov rəhbərlik etdiyi şirkətin SOCAR ilə əlaqələrinin strateji əhəmiyyət daşıdığını bildirib, Azərbaycan dövləti tərəfindən xarici sərmayədarlara investisiyaların yatırılması üçün münbit şəraitin yaradılmasını yuksək qiymətləndirib, bu baxımdan Azərbaycanda yeni sahələrə investisiya qoyulmasının müzakirə olunduğunu, müxtəlif istiqamətlərdə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

“LUKOİL” Şirkəti Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir. Şirkət “Şahdəniz” və cənub Cənubi Qafqaz Boru Kəməri layihələrinin hər birində 10 faiz paya malikdir. Bundan başqa, ölkədə pərakəndə yanacaq bazarında iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti