Bakı. Sara İsrafilbəyova - Trend:
Bu ilin sonunadək Azərbaycanda sıxılmış təbii qaz satışı məntəqələrinin sayını 14-dək artırmaq planlaşdırılır.
Trend-in məlumatına görə, bunu SOCAR-ın istehsalat üzrə vitse-prezidenti David Məmmədov deyib.
O bildirib ki, hazırda Azərbaycanda 9 sıxılmış qaz satışı məntəqəsi var.
Vitse-prezidentin sözlərinə görə, 2020-ci ildə iki terminalın tikintisi planlaşdırılır. Terminallardan biri Bakıda, digəri şəhər kənarında nəzərdə tutulur:
“Şimal, qərb və cənub istiqamətlərində bütün əsas yollar boyunca daha altı terminalın tikintisi planlaşdırılır”.
Qeyd edək ki, “SOCAR Petroleum” pərakəndə sıxılmış qaz satışına ötən ilin iyulunda başlayıb.