...

SOCAR prezidenti: Antipinsk neft emalı zavodunun alınması ilə bağlı danışıqlar davam edir

Energetika Materials 30 May 2019 11:35 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Antipinsk neft emalı zavodunun səhmlərinin satın alınması ilə bağlı danışıqları davam etdirir
SOCAR prezidenti: Antipinsk neft emalı zavodunun alınması ilə bağlı danışıqlar davam edir

Bakı. Sara İsrafilbəyova - Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Antipino neft emalı zavodunun səhmlərinin satın alınması ilə bağlı danışıqları davam etdirir.

Trend-in məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnaslitlərə açıqlamasında deyib.

O bildirib ki, SOCAR hazırda müxtəlif şirkətlərlə, o cümlədən Antipinsk zavodu ilə danışıqlar aparır.

Qeyd edək ki, bir müddət əvvəl “Sberbank” Antipinsk neft emalı zavodunun satışı ilə bağlı potensial investorlarla danışıqlar apardığını bildirmişdi.

Bankın rəhbəri German Qref zavodun səhmlərinin 80 faizdən çoxunun bank tərəfindən alındığını və hazırda potensial investorlarla danışıqların getdiyini demişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti