...

SOCAR və “Sberbank” birgə müəssisə yaradıb

Energetika Materials 3 İyun 2019 14:12 (UTC +04:00)
SOCAR və “Sberbank” Antipinsk neft emalı zavodunda emal üçün birgə müəssisə yaradıb
SOCAR və “Sberbank” birgə müəssisə yaradıb

Bakı. Sara İsrafilbəyova - Trend:

SOCAR və “Sberbank” Antipinsk neft emalı zavodunda emal üçün birgə müəssisə yaradıb.

Trend-in məlumatına görə, SOCAR-ın 60 faizinin sahib olduğu müəssisə zavodun müflisləşmə müddətində olduğu zaman ərzində prosessinq işlərini görəcək.

Bundan başqa, birgə müəssisənin Orenburq vilayətindəki yataqlarda hasilat işləri ilə məşğul olacağı deyilir.

Qeyd olunur ki, SOCAR prosessinq işlərinə bu ilin iyul ayının sonunadək başlamağı planlaşdırır. Həmçinin birgə müəssisənin LUKOYL və “Surqutnefteqaz” kimi iri şirkətlərdən neft alacağı bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl “Sberbank” Antipinsk neft emalı zavodunun satışı ilə bağlı potensial investorlarla danışıqlar apardığını bildirmişdi.

Bankın rəhbəri German Qref zavodun səhmlərinin 80 faizdən çoxunun bank tərəfindən alındığını və hazırda potensial investorlarla danışıqların getdiyini demişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti