...

Bakıda Xəzər Texniki Konfransı öz işinə başlayıb

Energetika Materials 16 Oktyabr 2019 10:34 (UTC +04:00)
Bakıda Xəzər Texniki Konfransı öz işinə başlayıb
Bakıda Xəzər Texniki Konfransı öz işinə başlayıb

Bakı. Ləman Zeynalova - Trend:

Bakıda Xəzər Texniki Konfransı öz işinə başlayıb.

Trend-in məlumatına görə, SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov konfransda bildirib ki, neftin kəşfiyyatı və hasilatı rəqəmsal texnologiya transformasiyası olmadan çətinləşir.

Vitse-prezident əlavə edib ki, SOCAR operativ əməliyyatlar üzrə uğurlu layihələrə imza atıb. Layihələrin operativ şəkildə həyata keçirilməsi şirkətin vəziyyətini bazara uyğunlaşdırıb.

Qeyd edək ki, konfrans oktyabrın 18-nə kimi davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti