...

Azərbaycanda 2020-ci ildə karbamid istehsalı 650 min tona çata bilər

Energetika Materials 27 Noyabr 2019 14:55 (UTC +04:00)
SOCAR karbamid zavodunun dekabrın ilk yarısında tam gücü ilə işləyəcəyi gözlənilir
Azərbaycanda 2020-ci ildə karbamid istehsalı 650 min tona çata bilər

Bakı. Anastasiya Savçenko - Trend:

SOCAR karbamid zavodunun dekabrın ilk yarısında tam gücü ilə işləyəcəyi gözlənilir.

Trend-in məlumatına görə, bunu zavodun direktoru Xəyal Cəfərov deyib.

O bildirib ki, dekabrın 1-dək karbamid istehsalı 125-130 min ton, ixracı 100 min ton təşkil edəcək:

“Karbamid istehsalının orta aylıq göstəricisi 50 min tondur, bu, sutkada təxminən iki min tona bərabərdir”.

X.Cəfərov əlavə edib ki, gələn il karbamid istehsalı 600-650 min tona, ixracı 500-550 min tona çata bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti